Amerikanın Ceoworld nəşri bu il investisiyanın yatırılması və açıq biznes mühitinə görə dünyanın aparıcı dövlətlərinin reytinqini açıqlayıb. Siyahıda 67 dövlət yer alıb.
Hafta.az xəbər verir ki, bu dövlətlərdəki mövcud durum 11 müxtəlif kateqoriya üzrə qiymətləndirilib. Bu kateqoriyalar sırasında korrupsiya səviyyəsi, şəxsi, biznes və valyuta azadlıqları, əmək, investisiyaların qorunması, ifratsuktur, vergilər, həyat səviyyəsi, bürokratiya və texnologiya yer alıb.
Siyahıda ilk yerləri Malayziya, Polşa və Filippin tutub. ABŞ, Çin və Yaponiya kimi iri iqtisadiyyatı olan ölkələr isə müvafiq olaraq 18, 24 və 32-ci yeri bölüşüblərö
Azərbaycan Norveç, İsveçrə, Belçika, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətləri qabaqlayaraq reytinqdə 43-cü yeri tutub.